Koronavirusa yoluxanların sayı 5 milyonu ötdü İlk 3-lükdə duran ölkələr
Dünyada yeni növ koronavirusa yoluxanların sayı 5 milyonu ötüb. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir. Son məlumata görə, dünyada COVİD-19-a yoluxanların sayı 5 milyon 890 nəfər, ölənlərin sayı ümumi rəqəmlərin 65 faizini təşkil etməklə 327 min 724 nəfərə çatıb.
Ən çox yoluxma halı ABŞ-da qeydə alınıb. Ölkədə 1 milyon 558 min 700 nəfərin virusa yoluxduğu bildirilir. Xəstələrin 5.99 faizi, yəni 93 min 300 nəfəri dünyasını dəyişib. Yolxuma sayına görə, Rusiya dünyada ikinci yerdə qərarlaşıb. Belə ki, burada ümumilikdə 308 min 705 nəfərdə yoluxma faktı qeydə alınıb ki, onlardan 0.96 faizi - 2972 nəfəri dünyasını dəyişib.
Üçüncü yeri isə Braziliya tutur. Son hesablamalara görə, ölkədə COVİD-19-a yoluxanların sayı 293 min 357, ölənlərin sayı isə 18 min 894 nəfərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB