İordaniyada mayın 22-dən 25-dək komendant saatı elan edilib

İordaniyada mayın 22-dən 25-dək komendant saatı elan edilib

İordaniya sakinləri ramazan bayramını evlərində qeyd etməli olacaqlar.

SİA xəbər verir ki, bu barədə ölkənin informasiya naziri Amdad Adayle bildirib.

Haşimi krallığı yanında antikrizis qərargahı mayın 22-dən 25-dək komendant saatı elan edir. Biz bu addımı çox sayda insanların bir yerdə toplanmalarına qarşı tədbir kimi atmağa məcburuq", - A.Adayle deyib.

Nazirinin sözlərinə görə, may ayının 21-i mağazalar və marketlər saat 23:00-a qədər işləyəcəklər ki, sakinlər qarşıdakı həftə sonu və 24 mayda qeyd olunan bayram üçün ərzaq almağa imkan tapsınlar.

Bütün xəbərlər Facebook səhifəmizdə