“Hakimiyyət vəziyyətdən sui-istifadə edərək rəqiblərini həbs edir” Ruben Melikyan

“Hakimiyyət vəziyyətdən sui-istifadə edərək rəqiblərini həbs edir” Ruben Melikyan

Erministan hakimiyyəti fövqəladə vəziyyət rejimindən sui-istifadə edir və öz rəqiblərini, müxalifət nümayəndələrini azadlıqdan məhrum edir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Ruben Melikyan öz Facebook səhifəsində məlumat yayıb.

“Ermənistanda mövcud hakimiyyət növbəti dəfə fövqəladə vəziyyət rejimindən son dərəcə sui-istifadə edir və etirazçı rəqiblərini, özlərinə müxalifətdə olanları mitinq təşkil etdiklərinə görə həbs edir.

Qeyd olunur ki, “Qanuni yol” hüquq təşkilatının vəkilləri tezliklə azadlıqdan məhrum olanları ziyarət edəcəklər.
“Müxalifətçi deputatları sərbəst toplaşmaq azadlığının konstitusiyaya zidd qadağasına qarşı məhkəmə müraciəti prosesinə dərhal başlamağa çağırırıq”, deyə Ruben Melikyan öz səhifəsində yazıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə