Ermənistanda koronavirusa yoluxanların sayı 230 nəfər artıb, ölənlərin ümumi sayı isə 94-ə çatıb. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, mayın 20-də Ermənistanda koronavirus infeksiyası hallarının sayı 230 nəfərə artaraq 5271-ə çatıb.
Məlumatda həmçinin bildirilir ki, bu xəstəlikdən ölənlərin sayı 5 nəfər artıb və nəticədə 94 nəfərə çatıb. Eyni zamanda qeyd olunur ki, digər səbəblərdən ölənlər də var və onların sayı 27 nəfərdir.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB