Paşinyan Ermənistanda ölənlərin sayının yüzlərlə olacağını proqnozlaşdırıb
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan indi böyük bir problemlə üzləşir, çünki ictimaiyyət koronavirus təhlükəsini kifayət qədər ciddi qəbul etmir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verior ki, bu barədə erməni baş nazr öz Facebook səhifəsində canlı yayımda etiraf edib.
"Bu vəziyyəti iki, beş, on qat daha ciddi qəbul etməyin vaxtı gəlib", deyə Nikol Paşinyan bildirib.
Onun sözlərinə görə, ən yaxın zamanda koronavirus xəstələrinin sayı dəfələrlə çoxalacaq və hətta reanimasiyada yer belə tapılmayacaq.
“Əgər yoluxma tempini yavaşlatmasaq, mayın 29-dək Ermənistanda 10 min koronavirusa yoluxma, 12 iyunda isə 20 min xəstəlik qeydə alınacaq. Bu həmçinin ölüm hallarının artacağını da göstərir. Bununla yanaşı reanimasiyada sadəcə yer belə qalmayacaq", deyə erməni baş nazir qeyd edib.
Nikol Paşinyan etiraf edib ki, bu dinamika dəyişməzsə, sutkada bəlkə də onlarla, hətta yüzlərlə ölüm halları qeydə alınacaq və hökumət yenidən ən sərt məhdudiyyətlərə əl atmalı olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB