Haftara ağır zərbə

Qiyamçı Liviya Milli Ordusuna məxsus Rusiya istehsalı “Pantsir” hava hücumundan müdafiə sistemi məhv edilib. SİA-nın məlumatına görə, bu barədə Liviya Silahlı Qüvvələrinin sözçüsü Əbdülmalik əl-Mədəni açıqlama verib.

Əl-Mədəni Haftar ordusunun Tərxunə şəhərindəki mövqelərinə qarşı əməliyyatların keçirildiyini bildirib.

Bundan başqa, Liviya ordusu qiyamçılara məxsus bir ədəd Pilotsuz Uçan Aparatı (PUA) da məhv edib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə