ABŞ-da döyüş təyyarəsi qəzaya uğrayıb. SİA-nın məlumatına görə, Hərbi Hava Qüvvələrinə aid F-35A tipli təyyarə Florida ştatı yaxınlığında qəza enişi edib.
Eqlin Hərbi Hava Qüvvələri təyyarənin gündəlik uçuşu həyata keçirdiyi zaman qəzaya uğradığı, pilotun sağ qurtulduğu bildirilib.
Qeyd edək ki, ötən həftə “F-22 Raptor” tipli döyüş təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğramışdı. Hər iki təyyarə ABŞ ordusunun ən bahalı təyyarələrindəndir.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB