Kolumbiyanın Kartaqo şəhəri yaxınlığında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb

Kolumbiyanın Kartaqo şəhəri yaxınlığında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb

Kolumbiyanın qərbində yerləşən Kartaqo şəhəri yaxınlığında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı “Caracol” radiosu məlumat yayıb.

Bildirilib ki, səhər saatlarında təyyarə havaya qalxarkən mühərrik sıradan çıxıb. Qəza nəticəsində pilot xəsarət almayıb.

Hadisə ilə əlaqədar istintaq başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə