Çinin cənub-qərbində, Quyçjou əyalətində fəaliyyət göstərən kömür mədənlərindən birində qəza baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, əyalətin Pansyan qəzasında yerləşən mədən su altında qalıb. Hadisə zamanı mədəndə 45 şaxtaçının olduğu bildirilir. Şaxtaçıların əksəriyyəti xilas olub, 8 fəhlənin isə itkin düşdüyü ehtimal edilir.
Hadisə yerinə cəlb olunmuş xilasedicilər axtarış-xilasetmə işləri aparır. Qəzanın başvermə səbəbi araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB