“ÜST-ə maliyyələşməni dayandırmaq Vaşinqtonun imicinə mənfi təsir göstərəcək” Maksim Suçkov

“ÜST-ə maliyyələşməni dayandırmaq Vaşinqtonun imicinə mənfi təsir göstərəcək” Maksim Suçkov

ABŞ Ümumdünya Səhiyyə Təşkilatının maliyyələşdirilməsini dayandıra bilər və hətta ondan çıxa bilər, lakin gələcəkdə bu, digər ölkələrin Vaşinqtona inamına mənfi təsir göstərəcək. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Şurasının eksperti Maksim Suçkov RİA Novostiyə verdiyi müsahibəsində deyib.

Bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp, təşkilatın direktoru Tedros Adhanom Gebreyesusa göndərdiyi məktubda, 30 gün ərzində təşkilatın ABŞ-a ehtiyac duyduğu islahatları həyata keçirməyəcəyi təqdirdə, Vaşinqtonun ÜST üçün maliyyəni tamamilə dayandıracağını və üzvlüyünə yenidən baxacağını bildirib.
"Bu təhdidlər əsassız deyil. ABŞ öz iştirakını azalda bilər, bunu artıq BMT-nin bir sıra struktur bölmələrində və özləri üçün heç bir xüsusi nəticələr vermədən də etmişdilər. Aydındır ki, ABŞ hələ də ən güclü məlumat və siyasi təsirə malik yeganə super gücdür və bu onlara xüsusi imkan verir", deyə Suçkov bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə