Üç gün ərzində aramsız yağan leysan xarakterli yağışlar və güclü külək 25 aprel 2011-ci il tarixində Braziliyanın cənubunda yerləşən Riu-Qrandi-du-Sul ştatında torpaq sürüşməsi və subasma hadisələrinə səbəb olub. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, nəticədə 12 nəfər ölüb, bir neçə nəfər itkin düşmüş hesab olunur. Təxminən, 36 min insan yaşayış yerini tərk edib.
Güclü külək xeyli sayda tikiliyə ziyan vurub, ağacların kökündən çıxaraq aşmasına, elektrik və rabitə xətlərinin sıradan çıxmasına səbəb olub. Azı 73 min insan işıqsız qalıb. Mövcud vəziyyətlə əlaqədar ştatın 23 şəhərində fövqəladə vəziyyət elan edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB