Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp, əhəmiyyətli bir islahatlar aparmadığı və Çindən müstəqilliyini sübut etmədiyi təqdirdə 30 gün sonra Dünya Səhiyyə Təşkilatına verdiyi vəsaiti "qalıcı olaraq donduracağını" açıqlayıb. SİA bunu xarici mətbuata istinadən xəbər verir.
Tramp ÜST-nin baş direktoru Tedros Adhanom Ghebreyesus'a göndərdiyi məktubu Twitter hesabından paylaşdı.
ÜST-nın Covid-19 epidemiyası ilə mübarizəsini və Çin ilə əlaqələri araşdırdığını bildirən Tramp, bu araşdırma nəticəsində bir sıra nəticələrə gəldiklərini bildirib.
Tramp, ÜST-nın Vuhandakı vəziyyəti lazımi səviyyədə araşdırmadığını qeyd edərək "ÜST Vuhanda 2019-cu ilin dekabrında və ya daha əvvəl bir virusun yayıldığı xəbərini qulaqardına vurdu" ifadələrinə yer verib.
30 dekabr 2019-cu il tarixində Çin mətbuatında çıxan xəbərlərə əsaslanaraq, ÜST-nın virus haqqında məlumatı olduğunu deyən Tramp, "31 dekabrda Tayvan səlahiyyətliləri, virusun insandan insana ötürüldüyü ilə əlaqədar ÜST ilə əlaqə qurdular. Ancaq ÜST bu kritik məlumatı dünyanın digər dövlətləri ilə bölüşməməyi seçdi. Bəlkə bunun siyasi səbəbləri var idi" deyə vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB