Covid-19 karantin günlərində onlayn uşaq istismarı artıb - RƏSMİ

Covid-19 karantin günlərində onlayn uşaq istismarı artıb - RƏSMİ

Covid-19 epidemiyası səbəbiylə insanlar evdə karantində qaldıqları bir vaxtda, Avropa Birliyində isə uşaqlara onlayn zorakılıq artıb. Məktəblərin açılması ilə müəllimlərin uşaqlarla danışmağa başlayacağı zaman bu halların sayının artacağı gözlənilir. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Avropa Parlamenti Təşkilatının (Europol) direktoru Catherine De Bolle'nin AB Parlamentində verdiyi məlumata görə, Covid-19 dövründə internetdə, o cümlədən evdən və alış-verişdən istifadədə internetdən istifadə vaxtının artdığından kiber cinayətlərdə əhəmiyyətli bir artım olduğunu izah edib. De Bolle "Ən çox narahat edən şeyin internetdə uşaq cinsi istismarı materiallarını axtaran insanların artmasıdır" deyib.

Belçika Polisi keçmiş başçısı De Bolle üzv 27 ölkədən pedofil (pedofil) fəaliyyətlərinin artdığını bildirib.

De Bolle Avropa nümayəndələrinə açıqlamasında "Uşaqlar məktəbə gedəndə və müəllimləri ilə danışdıqda vəziyyətin daha aydın olacağını gözləyirik" deyə bildirib.

Avropada bir çox ölkədə epidemiya səbəbindən məktəblər bağlanır. Çağrı mərkəzlərinə epidemiya dövründə daha çox uşaqların istismarına dair zənglər daxil olub. Xüsusilə İspaniyada mart ayında bu istiqamətdə edilən xəbərdarlıqlarda ciddi bir artım olub.

Uşaq hüquqları dərnəklərindən biri olan ECPAT: "İnternetdən istifadə edərək uşaqları istismarın hər zamankindən daha asan hala gəldiyini deyib".

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Agentliyi (UNHCR), koronavirusun yayılması zamanı köçkün olan qadınların gender əsaslı zorakılıq riski altında olduğunu bildirib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə