Təyyarə qəzasında həlak olmuş ukraynalı sərnişinlərin ailələri İran tərəfini məhkəməyə verib

Təyyarə qəzasında həlak olmuş ukraynalı sərnişinlərin ailələri İran tərəfini məhkəməyə verib

Tehranda Ukrayna təyyarəsinin səhvən vurulması nəticəsində həlak olan sərnişinlərin ailələri İran Silahlı Qüvvələrinin Məhkəmə-Hüquq Təşkilatını məhkəməyə verib.

SİA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə təşkilatın lideri Şükrulla Bəhrami bildirib.

“Ölənlərin çoxunun ailəsi Silahlı Qüvvələrin Məhkəmə-Hüquq Təşkilatına qarşı iddia qaldırıb”, - Bəhrami belə deyib.

O, əlavə edib ki, “təşkilat bu proses çərçivəsində şikayətləri araşdıran orqandır”.

Bəhraminin sözlərinə görə, “bir neçə mütəxəssis qrupu bu bədbəxt hadisənin müxtəlif tərəflərini araşdırır”.

Bütün xəbərlər Facebook səhifəmizdə