Putinlə Ərdoğan koronavirusla mübarizəni müzakirə edib

Putinlə Ərdoğan koronavirusla mübarizəni müzakirə edib

Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.

SİA-nın məlumatına görə, prezidentlər koronavirusla mübarizədə əməkdaşlıq məsələlərini, eləcə də postpandemiya dövründə atılacaq addımları müzakirə edib.

Bundan başqa, danışıqlar zamanı Suriyadakı vəziyyət müzakirə olunub.

Prezidentlər, həmçinin bir sıra regional məsələlər və ikitərəfli əməkdaşlıq məsələlər barədə danışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə