Təşkilat koronavirus infeksiyası ilə bağlı vaxtında həyəcan təbili çalıb ÜST baş direktoru

Təşkilat koronavirus infeksiyası ilə bağlı vaxtında həyəcan təbili çalıb ÜST baş direktoru

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus infeksiyası ilə bağlı vaxtında həyəcan təbili çalıb.

SİA-nın məlumatına görə, bunu ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus 73-cü Ümumdünya Səhiyyə Assambleyasının iclasında deyib.

O bildirib ki, ÜST erkən və dəfələrlə xəbərdarlıq edib. Eyni zamanda baş direktor Avropa İttifaqının irəli sürdüyü ÜST-ün koronavirusla bağlı reaksiyasının araşdırılması barədə təklifini alqışlayıb.

Qeyd edək ki, iclas zamanı Çin rəhbəri Si Cinpin də çıxış edərək Çinin koronavirusla bağlı təşkilatı vaxtında məlumatlandırdığını bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə