Rusiya Prezidentli Vladimir Putin ölkədəki müsəlmanlara çağırış edib. SİA xəbər verir ki, Putin, müsəlmanlara Ramazan Bayramını evdə qeyd etməyi və kollektiv şəkildə ibadət etməməyi tövsiyyə edib.
Rusiya Dağıstan Respublikasının rəhbərliyi və icma nümayəndələri ilə videokonfrans vasitəsilə görüşlər keçirən Putin, bu münasibətlə Rusiyadakı müsəlmanlara müraciət edib. Çıxışının əvvəlində Putin bütün müsəlmanlar üçün müqəddəs Ramazan ayının bu il 24 apreldən başlayaraq 23 mayda sona çatacağını elan edib və daha sonra Ramazan Bayramını qeyd edəcəklərini xatırladıb.
Rusiya lideri qeyd edib ki, respublikada bu bayramla bağlı adət və ənənələri necə qorunduğundan xəbərdardır: "Mən bilirəm ki, din xadimləri və İslam ardıcılları bayramı evdə qeyd etməyə və dostları ilə böyük qruplar halında toplaşmaq ənənələrindən imtina etməyə dəvət edilər".
Putin bu çağırışlara əməl etməyi müsəlmanlara tövsiyyə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB