Koronavirusla mübarizədə son 24 saatda baş verənlər

Koronavirusla mübarizədə son 24 saatda baş verənlər

Dünya ölkələrində yeni növ koronavirusla mübarizə tədbirləri davam etməkdədir. Dünyada yoluxanların sayı 4.7, ölənlərin sayı 315 minə çatan dünya ölkələrində son 24 saatda nə baş verib? SİA “Worldometer”ə istinadən baş verənləri diqqətinizə çatdırır.

Son məlumata görə, 24 saat ərzində ABŞ-da yoluxanların sayı artaraq 1 milyon 515 min 966 nəfərə çatıb. Ölənlərin sayı 90 min, sağlanların sayı isə 340 mini ötüb.

İngiltərədə ölüm sayı 34 min 636-ya, yoluxanların ümumi sayı isə 243 min 303 nəfərə çatıb.

İtaliyada COVİD-19-dan ölənlərin sayı 31 min 908 nəfərə, yoluxanların ümumi sayı 225 min 435-ə yüksəlib. Ölkədə sağalanların sayı 125 min 176 olaraq açıqlanıb.

İspaniyada son 24 saat ərzində ölənlərin sayı 27 min 650 nəfətə çatsa da, ümumilikdə xəstəliyə yoluxanların sayı 277 min 719, sağalanların sayı isə 195 min 945 olub.

Fransada COVİD-19-a görə dünyasını dəyişənlərin sayı 28 min 108, yoluxanların sayı 179 min 569 nəfərə çatıb. Ölkədə 61 min 213 nəfər xəstəlikdən sağalıb.

Rusiyada ölüm sayı 2 min 631 nəfərə çatsa da, son 24 saatda yoluxanların sayı 9 min 709 nəfər artaraq 281 min 752 nəfərə çatıb. Şəfa tapanların sayı 67 min 373 nəfərə yüksəlib.

Braziliyada virusdan dünyasını dəyişənlərin sayı 15 min 668 nəfərə yüksəlib, yoluxma sayının 233 min 648 nəfər olduğu bildirilir. 89 min 672 nəfər isə sağalıb. Bu gündən ölkədə tədricən həyata keçirilən yumşalma prosesi nəticəsində lisey və məktəb şagirdləri təhsillərinə qayıdıblar. Digər təhsil alanlar tədris mövsümünü distant təhsil ilə başa vuracaqlar.

Yoluxmanın ilk qeydə alındığı Çində isə son 24 saat ərzində 5 yeni fakt qeydə alınıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə