ABŞ-ın Luiziana ştatının Boqalus şəhərində anım mərasiminə silahlı qarşıdurma olub. SİA vesti.ru-ya istinadla xəbər verir ki, hadisə nəticəsində 13 nəfər yaralanıb. Onlardan biri reanimasiyaya yerləşdirilib. Vəziyyəti kritik olaraq qalır.
Məlumata görə, yerli vaxtla 09:00 radələrində hadisə ilə bağlı təcili tibbi yardım xidmətinə və polisə siqnal daxil olub. Çağırışa gələn xilasedicilər yalnız yaralıları tapa biliblər.
Faktla bağlı araşdırmalar davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB