Şimali Kiprdə baş verən güclü yanğın Türkiyənin köməkliyi ilə söndürülüb
Şimali Kiprdə baş verən güclü yanğın təhlükəli vəziyyət yaradıb.
SİA Şimali Kipr KİV-lərinə istinadla xəbər verir ki, adanın Təpəbaşı bölgəsində meşəlikdən qalxan alov sürətlə nəzarətdən çıxaraq Ordu Doğu (Yaxın Şərq) Universitetinin ərazisinə keçib.
Bildirilir ki, yanğın qısa müddətdə adıçəkilən təhsil ocağının kitabxana binasını da əhatə edib. Türkiyədən üç və adanın cənub hissəsindən bir helikopter kömək istənilib.
Ən son məlumata görə, təhlükə aradan qaldırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB