Əgqanıstanda hərbi bazaya silahlı hücum nəticəsində 7 nəfər öldürülüb

Əgqanıstanda hərbi bazaya silahlı hücum nəticəsində 7 nəfər öldürülüb

Əgqanıstanın Qazni əyalətində hərbi bazaya silahlı hücum olub.

SİA "TASS" agentliyinə istinadən bildirir ki, bazanın önündə əvvəlcə avtomobil partladılıb, sonra isə atışma baş verib.

Hücum zamanı ən az 7 nəfərin öldürüldüyü, 25 nəfərin yaralandığı bildirilir. Atışma baş verən baza kəşfiyyat bölmələrinin hərbçilərinin yerləşdiyi məntəqə olub.

İlkin məlumatlara görə hücum Taliban hərəkatı tərəfindən təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə