UBHY şirkəti beynəlxalq reyslərə biletlərin satışını iyulun 1-dək dayandırıb

UBHY şirkəti beynəlxalq reyslərə biletlərin satışını iyulun 1-dək dayandırıb

“Ukrayna Beynəlxalq Hava Yolları” (UBHY) şirkəti koronavirusla bağlı beynəlxalq reyslərə biletlərin satışını iyulun 1-dək dayandırıb.

SİA xəbər verir ki, bu barədə mətbuata açıqlamasında şirkətin prezidenti Yevqeniya Dıxne məlumat verib.

Onun sözlərinə görə, Ukraynanın potensial uçuşlar apardığı ölkələrdəki koronavirusla bağlı vəziyyət təhlil edildikdən sonra bu qərara gəlinib.

Dıxne bildirib ki, şirkət koronavirus böhranına görə 2020-ci ildə planlaşdırdığı hədəflərə yalnız 2023-cü ildə çata biləcək.

Qeyd edək ki, şirkət mayın sonu iyunun əvvəlindən biletlərin satışına açıq qoymuşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə