Son 24 saat ərzində İranda koronavirusa 1806 yoluxma halı aşkar edilib
Son 24 saat ərzində İranda koronavirusa 1806 yoluxma halı aşkar edilib, 51 nəfər isə ölüb.
SİA xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyi məlumat verib. Bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 120 min 198 nəfərə, ölənlərin sayı isə 6 min 988 çatıb.
Xüsusi rejimli xəstəxanalarda müalicə alan 94 min 198 nəfər sağalaraq evə buraxılıb.
Nazirliyin açıqlamasında qeyd olunur ki, intensiv terapiya şöbəsində yatan 2 min 705 nəfərin vəziyyəti ağırdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB