Latviyada koronavirusa yoluxanların sayı artaraq 1008-ə çatıb

Latviyada koronavirusa yoluxanların sayı artaraq 1008-ə çatıb
Latviyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı artaraq 1008-ə çatıb. SİA xəbər verir ki, bu barədə Latviyanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 88 min 405 nəfər müayinə olunub. Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 1028 nəfərdən götürülən analizin 11-nin nəticəsi müsbət çıxıb. Yeni növ koronavirusdan 19 ölüm faktı qeydə alınıb. Sağalanların sayı isə 662 nəfər təşkil edib. Latviyada virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.

Bütün xəbərlər Facebook səhifəmizdə