İranda Ramazan bayramından sonra məhdudiyyətlər bitəcək

İranda Ramazan bayramından sonra məhdudiyyətlər bitəcək

İran Prezidenti Həsən Ruhani Ramazandan bayramından sonra ölkə daxilində pandemiya ilə əlaqədar məhdudiyyətlərin aradan qaldırılacağını açıqlayıb. SİA xəbər verir ki, iclasda çıxış edən Ruhani, ölkədə virus təhlükəsinin bitmədiyini, lakin, əvvəlki dövrə nisbətən vəziyyətin daha yaxşı olduğunu vurğulayıb.

Ruhani cümə namazlarının təşkil edilməsi məsələsinə də aydınlıq gətirib: "Əlbəttə ki, cümə namazları da bütün sanitariya qaydalarına riayət etmək şərti təşkil ediləcək".

Həsən Ruhani əlavə edib ki, "qırmızı bölgə" elan edilən paytaxt Tehranda koronavirusla mübarizənin hələ də yekunlaşmayıb və burada yoluxma halı çoxluq təşkil edir: "Tehranda Qüds Günü Mərasimləri İnqilab Keşikçiləri Ordusunun nəzarəti altında həyata keçiriləcək. Mərasimdə insanların kütləvi şəkildə toplaşmasına icazə verilməyəcək və mərasim yalnız nəqliyyat vasitələrinin keçidi ilə yekunlaşacaq".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə