Kuril adalarında bir gündə üç zəlzələ qeydə alınıb

Kuril adalarında bir gündə üç zəlzələ qeydə alınıb

Rusiyanın Şimali Kuril (Saxalin əyaləti) və Cənubi Kamçatka bölgəsində üç 4,3 bal maqnitudasında zəlzələ qeydə alınıb.

SİA xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının vahid geoloji xidmətinin Saxalin filialından xəbər verilib.

Birinci 4,3 bal maqnitudada olan yeraltı təkanın ocağının dərinliyi 130 kilometr, ikinci 4,2 bal maqnitudada olan seysmoloji hadisənin ocağının dərinliyi 63 kilometr və üçüncü 4 bal maqnitudada olan təkanın ocağının dərinliyi 176 kilometr dərinlikdə yerləşib.

Verilən məlumata əsasən, dağıntı və xəsarət alan olmayıb. Sunami təhlükəsi elan edilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə