Koronavirusa qarşı effektiv dərman tapıldı?

Koronavirusa qarşı effektiv dərman tapıldı?

Göthe və Frankfurt Universitetinin virusoloqları SARS-CoV-2 virusunun bərpasını dayandıran dərmanlar tapıblar. SİA xəbər verir ki, tədqiqatçıların bununla bağlı məqaləsi "Nature" jurnalında dərc olunub.

Alimlər koronavirus infeksiyasının insan hüceyrələrini dəyişdiyini nümayiş etdiriblər. Onlar kolon hüceyrələrində zülalların sintezinin sürətini və onların sayını müəyyən etmək üçün mePROD kütlə spektrometriya üsulunun xüsusi bir növünü istifadə ediblər. Məlum olub ki, bir çox viruslar zülalların istehsalını virus zülallarının xeyrinə dayandırsalar da, SARS-CoV-2 yalnız zülalın istehsalına cüzi təsir edir. Eyni zamanda onun sintezini sürətləndirir.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə