Tramp Nyu-Yorkun ictimai nəqliyyat sisteminə dəstək məqsədilə 3,9 milyard dollar ayırıb
ABŞ Prezidenti Donald Tramp administrasiyası Nyu-Yorkun ictimai nəqliyyat operatoruna dəstək məqsədilə 3,9 milyard dollar ayırıb.
SİA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Endryu Kuomo gündəlik mətbuat konfransında bildirib.
“Donald Trampla ştatlara maliyyə dəstəyi haqqında danışdıq. O məni dinlədi. Mən ondan müəyyən vəsaitin ayrılması barədə soruşdum və o, MTA üçün (Nyu-Yorkun ictimai nəqliyyat operatoru) 3,9 milyard dollar ayrılmasına razılıq verdi”, - qubernator belə deyib.
Kuomonun sözlərinə görə, vəsait artıq dövlət xəzinəsinə daxil olub.
Bundan əvvəl Nyu-York qubernatoru yeni növ koronavirus xəstəliyinin yayılması səbəbindən ABŞ-ın eyni adlı ən böyük şəhərinin ictimai nəqliyyatında yükün 92% azaldığını qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB