ABŞ Kubanı terrorçuluğa sponsorluq edən ölkələr siyahısına qaytarmağı düşünür.
SİA xəbər verir ki, bu barədə “Reuters” agentliyi prezident administrasiyasının adı açıqlanmayan yüksək vəzifəli rəsmisinə istinadən məlumat yayıb.
Agentliyin həmsöhbətinin sözlərinə görə, Ağ Ev belə bir addım atması üçün “inandırıcı dəlillər”ə malikdir, yəni Kubanın Venesuela Prezidenti Nikolas Maduroya (ABŞ onun prezidentliyini tanımır) dəstək və Kolumbiyanın sol radikal üsyançı qrupu “Milli Qurtuluş Ordusunun” liderlərinə sığınacaq verdiyi ehtimal olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB