COVID-19 virusunun öldürücü qüvvəsinin getdikcə azaldığı müşahidə olunur

COVID-19 virusunun öldürücü qüvvəsinin getdikcə azaldığı müşahidə olunur

Son müşahidələrimizdən COVID-19 virusunun mutasiyaya uğrayıb öldürücü qüvvəsinin getdikcə azaldığını görürük.

SİA xəbər verir ki, bu sözləri İstanbulun Lütfi Kırdar Tədris və Araşdırma Xəstəxanasının baş həkimi Recep Demirhan deyib.

Onun sözlərinə görə, virus meydana çıxdığı ilk günlərdə insanlar xəstəliyi daha ağır keçirirdilər: “Lakin hazırda nisbətən yumşaq bir klinik mənzərə ilə qarşılaşırıq. Bu da virusun mutasiyaya uğradığı və öldürücülük qabiliyyətinin azalması ilə izah oluna bilər. Əlbəttə ki, bunun klinik tədqiqatlardan sonra tam əminliklə demək olar”.

Bütün xəbərlər Facebook səhifəmizdə