"Çində çox məyus oldum" Donald Tramp

"Çində çox məyus oldum"  Donald Tramp

ABŞ Prezidenti Donald Tramp Çində çox məyus olduğunu söyləyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Birləşmiş Ştatlar prezidenti bu fikri “Fox Business”ə verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, Çin nümayəndə heyətinin Amerikaya yanvar səfəri zamanı koronavirus mövzusu da gündəmə gəlməyib. "Çində çox məyus oldum", deyə Tramp bildirib.

O, Çin nümayəndə heyətinin yanvar ayında ABŞ-a səfərinin təfərrüatlarını da təqdim edib. Tramp, Çin Xalq Respublikasının nümayəndələrinin virus haqqında bir şey söyləmədiklərini, COVID-19 "müzakirə üçün bir mövzu belə olmadığını" söyləyib.

Xatırladaq ki, ABŞ hakimiyyəti, o cümlədən prezident və dövlət katibi Mayk Pompeo, mütəmadi olaraq Çini koronavirusun yayılmasında və bu barədə faktları gizlətməməkdə günahlandırır. Xüsusilə, ABŞ Dövlət katibi virusun koronavirusların öyrənildiyi Wuhandakı bir laboratoriyadan "qaçdığını" bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə