Türkiyədə "Mall"ara 3,4 milyon insan baş çəkib

Türkiyədə "Mall"ara 3,4 milyon insan baş çəkib

Türkiyədə alış-veriş mərkəzlərinə üç gün ərzində 3,4 milyon insan baş çəkib. SİA xəbər verir ki, Türkiyədə 11 may tarixindən etibarən fəaliyyəti bərpa edilən 420 alış-veriş mərkəzinə daxil olan insanların sayı haqqında Alış-veriş Mərkəzləri və İnvestorlar Cəmiyyətinin sədri Hüseyn Aldaş məlumat verib.

Belə ki, Türkiyədə karanin qaydalarının yumşaldılması ilə əlaqədar 11 may tarixindən etibarən "mall"lar fəaliyyətə başlayıb. Məlumata əsasən, bu üç gün ərzində ziyarətçilərin dörddə-bir hissəsini İstanbul şəhərinin sakinləri təşkil edib.

Məlumata görə, ilk gündə ticarət mərkəzlərinə 1,2 milyon insan, ikinci gündə 1,1 milyon insan, üçüncü gündə isə 1,1 milyon insan baş çəkib. Pandemiyadan əvvəl isə bir gün ərzində ticarət mərkəzlərini orta hesabla 6,5 milyon insan baş çəkirdi.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə