"Vəziyyətimiz kəskin şəkildə pisləşəcək" Nikol Paşinyan

"Vəziyyətimiz kəskin şəkildə pisləşəcək" Nikol Paşinyan

Ermənistan sakinləri tez-tez özünü təcridetmə rejimini pozmağa başlayıblar və bu səbəbdən də vəziyyət kəskin şəkildə pisləşə bilər. SİA RİA Novostiyə istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın bu barədə bəyanatını “Qazeta.ru” yazır.

Nəşr qeyd edir ki, Ermənistan baş nazirinin sözlərinə görə, iqtisadi məhdudiyyətlərin tədricən yüngülləşdirilməsindən sonra İrəvan sakinləri sosial məsafəyə hörmət etməyərək kütləvi şəkildə küçələrə çıxmağa başlayıblar.

"Bu davam edərsə, vəziyyətimiz kəskin şəkildə pisləşəcək və sadəcə məhdudiyyətlər yolunu seçmək məcburiyyətində qalacağıq", deyə Paşinyan öz Facebook səhifəsində yerləşdirdiyi video mesajında vurğulayıb.
Xatırladaq ki, Ermənistan Səhiyyə Nazirliyinin məlumatına əsasən, mayın 13-nə olan məlumata görə, ölkədə COVID-19 olan 3,718 xəstə aşkarlanıb və 48 xəstə ölüb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə