“BMT üzvü olan dövlətləri bir-birinə dəstək olmağa çağırıram” Antoniu Quterres

“BMT üzvü olan dövlətləri bir-birinə dəstək olmağa çağırıram” Antoniu Quterres

BMT-nin baş katibi Antoniu Quterres, Dövlət Dumasının Beynəlxalq İşlər üzrə Komitəsinin rəhbəri Leonid Slutskinin AB, ABŞ və parlament təşkilatlarına koronavirus pandemiyası fonunda birtərəfli sanksiyaların qaldırılmasının zəruriliyi ilə bağlı müraciətini dəstəkləyib. SİA xəbər verir ki, b barədə RİA Novosti yazır.

Müraciətdə deyilirdi ki, qlobal epidemiya təhlükəsi qarşısında adi insanları sağ qalmaq həddinə çatdıran tıxac paradiqmasında düşünməyi dayandırmağın vaxtı gəlib. "Mən bu qlobal çağırışın bəzi aspektləri ilə mübarizə aparmaq üçün beynəlxalq əməkdaşlığa ehtiyacınız barədə fikirlərinizi tam bölüşürəm. BMT üzvü olan dövlətləri, o cümlədən Rusiya Federasiyasını da dövrümüzün ən böyük sağlamlıq böhranı ilə mübarizədə, o cümlədən Qlobal maliyyə hesabına bir-birinə dəstək olmağa çağırıram. Humanitar cavab planı 2020-ci ilin mart ayında başlayıb", deyə məktubda Quterres bildirib.

BMT baş katibi həmçinin martın 26-da G20 liderlərinə müraciətində dövlətlərin pandemik problemlərə effektiv reaksiya vermək qabiliyyətini sarsıda biləcək sanksiyalardan çəkinməyə çağırdığını xatırladıb. "Mən martın 27-də üzv ölkələrlə keçirilmiş növbəti brifinqdə çağırışımı təkrar etdim. Bu məsələlərin ictimai və özəl müstəvidə həll olunmasında fəal iştirak etmək niyyətindəyəm" deyə BMT-nin baş katibi xatırladıb.

Xatırladaq ki, ÜST-nin son məlumatına görə, dünyada 4 milyondan çox koronavirus infeksiyası qeydə alınıb, 283 mindən çox insan həyatını itirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə