Almaniya COVID-19-a yoluxma tempinin aşağı düşməsi ilə əlaqədar Avropa ölkələrinə gediş-gəlişi asanlaşdırmaq istiqamətində addımlar atacaq. SİA xəbər verir ki, Almaniya gediş-gəlişi asanlaşdırmaq üçün sərhəd nəzarətini zamanı yumşalmaları tətbiq etməyə hazırlaşır.
Almaniyanın Daxili İşlər naziri Horst Sehofer açıqlama verərək bildirib ki, bəzi nöqtələrdə sərhəd nəzarəti yumşaldılacaq.
Fransa, İsveçrə və Avstriya ilə əldə edilən razılığa əsasən mayın 15-də başa çatması gəzlənilən sərhəd nəzarəti iyunun 16-na qədər uzadılıb və bu barədə Sehofer bildirib ki, bu dövru yekunlaşdırdıqdan sonra mümkün qədər çox sərhəd məntəqəsi açılacaq: "Məqsəd iyunun ortalarından etibarən Avropada səyahəti sərbəst hala gətirməkdən ibarətdir".
Onun sözlərinə görə, sistemli nəzarət əvəzinə seçməli nəzarət həyata keçiriləcək və əgər epidemiyanın ikinci dalğası baş verərsə bu qərar yenidən gözdən keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB