Rusiyanın Xarici İşlər Naziri, ABŞ-ın koronavirus pandemiyası kontekstində Çin və Rusiyaya qarşı iddialar qaldırdığını söyləyib. SİA RenTV-yə istinadən xəbər verir ki, nazir bunu Xarici İşlər Nazirləri Şurasının video konfrans formatında keçirilən iclasın açılışında deyib.
O, həmçinin ştatların, koronavirusla mübarizə dövründə dərman, avadanlıq və qida ilə humanitar təchizata mane olan birtərəfli sanksiyaların dayandırılması çağırışlarına məhəl qoymadığını da vurğulayıb.
"Eyni zamanda, müstəqil xarici siyasət yürüdən ölkələrə təzyiqlər artır", deyə Lavrov bildirib.
Xatırladaq ki, naməlum mənşəli sətəlcəm xəstəliyi ötən il dekabrın 31-də Çin Xalq Respublikası hakimiyyəti tərəfindən elan edilib. Yanvar ayında buna yeni bir növ koronavirus səbəb olduğu məlum olub. Mart ayında Ümumdünya Səhiyyə Təşkilatı vəziyyəti pandemiya elan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB