Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov, ABŞ səlahiyyətlilərinin pandemik vəziyyətdən istifadə edərək dünya nizamlarına dair təsəvvürlərini ortaya qoyduqlarını söyləyib. SİA Ren TV-yə istinadən xəbər verir ki, bu barədə Lavrov Xarici İşlər Nazirləri Şurasının video konfrans şəklində iclasının açılışında deyib.
O həmçinin qeyd edib ki, ABŞ-da koronavirusun yayılması ilə ayrı-ayrı ölkələrə təzyiq artır.
Xatırladaq ki, naməlum mənşəli sətəlcəm xəstəliyi Çin hakimiyyəti tərəfindən 31 dekabrda elan edilib. Yanvarın 7-də buna yeni bir növ koronavirus səbəb olduğu məlum olub. Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı vəziyyəti pandemiya elan edib.
Xatırladaq ki, dünyada 4 milyondan çox xəstəlik aşkarlanıb və 278 mindən çox xəstə bu səbəbdən həyatını itirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB