Ağ Ev yeni növ koronavirus (Covid-19) infeksiyası səbəbi ilə əraziyə daxil olan bütün jurnalistlərə hər gün virus testi aparılacağını açıqlayıb. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.
Prezident Donald Tramp və prezident köməkçisi Mayk Pensə yaxın olan adamlarda Covid-19 təsbit edilməsindən sonra bu qərara gəlinib.
İnfeksiyanın ilk dönəmlərində jurnalistlərin sayını məhdudlaşdıran Ağ Ev bu gün verdiyi qərarla əraziyə gələn bütün jurnalistlərin testdən keçiriləcəyini bəyan edib.
Ağ Ev sözçüsünün müavini Cudd Diri açıqlamasında "Ağ Evin ərazisindəki hər kəsin sağlamlığı üçün buraya gələn jurnalistləri günlük olaraq test etməyi düşünürük" ifadəsini işlədib.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB