Ukraynada koronavirusa yoluxanların sayı 16 425 nəfərə çatıb

Ukraynada koronavirusa yoluxanların sayı 16 425 nəfərə çatıb

Ukraynada son sutkada daha 402 nəfərdə koronavirus aşkarlanıb. SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Ukraynanın Səhiyyə Nazirliyi bildirib.

Bununla da ölkədə yoluxma faktlarının sayı 16 min 425-ə çatıb. Ukrayanada daha 14 nəfər koronavirusun qurbanı olub. Ölkə üzrə virusdan ölənlərin sayı 439 nəfərə yüksəlib.

İndiyədək 3 min 716 pasiyent koronavirusdan sağalıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə