Avropa Komissiyası ağır şəkildə zərbə alan turizm sektorunu canlandırmaq üçün Covid-19 pandemiya prosesində qapalı sərhədlərin tədricən açılması üçün üzv dövlətlərə təkliflər verməyə hazırlaşır. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.
Avropa Birliyi iqtisadiyyatına əhəmiyyətli gəlir gətirən turizm sektoru son 2 ayda Avropa Birliyinin 27 ölkəsində demək olar ki, dayanıb.
Şengen bölgəsində 17 ölkə Covid-19 yayılmasının qarşısını almaq üçün sərhəd nəzarəti mexanizmlərini işlədir. Avropa Birliyinin icra orqanı olan Avropa Komissiyası üzv ölkələrə səyahət qadağalarının qaldırılması üçün məcburi olmayan tövsiyələr verəcəkdir.
Mayın 15-dən etibarən Estoniya, Latviya və Litva öz aralarında sərhədləri açaraq vətəndaşlarına səyahət etməyə icazə verəcəklər. Məhdudiyyətləri qaldırmağa başlayan bir çox ölkə xarici turistlər üçün iki həftəlik karantin planı üzərində işləyir.
Avropa Komissiyası turizm sənayesində 6.4 milyon insanın iş yerlərini itirə biləcəyi ilə bağlı xəbərdarlıq edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB