Dünyada yeni növ koronavirus infeksiyasından sağalanların sayı 1 milyon 600 mini ötüb. SİA-nın xəbərinə görə, bu barədə COVİD-19-la bağlı ölkələrdə və bölgələrdə yeni hadisələr haqqında məlumatların tərtib olunduğu "Worldometer" saytında qeyd olunub. Məlumata görə, virusa yoluxmuş 1 milyon 602 min 539 nəfər xəstəliyi məğlub edə bilib.
Ən çox xəstənin sağaldığı ölkələr ABŞ (296 min 746), İspaniya (180 min 470), Almaniya (147 min 200), İtaliya (109 min 39), İran (88 min 357) və Çin (78 min 189) olub. Türkiyədə Covidien-19-dan sağalan xəstələrin sayı 98 min 889-a çatdı.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB