Maduro pandemiya ilə əlaqədar Venesueladakı fövqəladə vəziyyəti daha bir ay uzadıb

Maduro pandemiya ilə əlaqədar Venesueladakı fövqəladə vəziyyəti daha bir ay uzadıb

Venesuela prezidenti Nikolas Maduro ölkədə koronavirusun yayılmasının qarşısını almaq məqsədilə fövqəladə vəziyyətin daha bir ay uzadılmasına dair qərar qəbul etdiyini bildirib.

SİA xəbər verir ki, venesuelalı lider bu qərarı əhalini qorunması istiqmətində həyata keçirilən tədbir adlandırıb.

Xatırladaq ki, Venesuela hökuməti martın 13-də ölkədə koronavirus infeksiyasına ilk iki yoluxma hadisəsi barədə məlumat verib və həmin gün fövqəladə vəziyyət rejimi tətbiq edilib. Martın 17-də N.Maduro respublika daxilində karantinin tətbiq edilməsi barədə qərar elan edib. Mayın 12-nə olan məlumata görə ölkədə COVİD-19 virusuna 423 yoluxma halı qeydə alınıb, 10 nəfər ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə