Şengen zonası sərhədlərində tətbiq edilən məhdudiyyətlər tezliklə aradan qaldırılmalıdır - Avropa Parlamenti
Yeni növ koronavirusun yayılması ilə mübarizə çərçivəsində Şengen zonası sərhədlərində tətbiq edilən məhdudiyyətlər tezliklə aradan qaldırılmalıdır.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Avropa Parlamentinin məlumatında deyilir. “Şengen zonasının funksionallığı tez bir zamanda bərpa olunmalıdır. Vətəndaş Azadlıqları üzrə Komitənin deputatları tələb edirlər ki, epidemioloji şərait imkan verən kimi Şengen zonası sərhədlərində müvəqqəti yoxlamalar koordinasiyalı şəkildə ləğv olunsun”, - deyə məlumatda bildirilir.
Sənəddə, həmçinin qeyd olunur ki, hərəkət azadlığı Avropa İttifaqı üçün çox vacibdir və insanların sərhədlərdə sərbəst hərəkətinə şərait yaradilmalıdır.
Qeyd edək ki, martın 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 virusunun yayılmasını pandemiya elan edib. Bu səbəbdən Avropa İttifaqında sosial-iqtisadi sahədə miqyaslı qadağalar tətbiq olunub, sərhədlər bağlanıb, təyyarə uçuşları və yerüstü əlaqə məhdudlaşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB