"Məhdudiyyətlər ləğv olunsa virusun yayılma təhlükəsi ilə üzləşəcəyik" Entoni Fauci

"Məhdudiyyətlər ləğv olunsa virusun yayılma təhlükəsi ilə üzləşəcəyik" Entoni Fauci

Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru, Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauci, koronavirus pandemiyası səbəbiylə əvvəllər tətbiq olunan məhdudiyyətlərin çox sürətli şəkildə ləğv olduğundan qorxur. SİA xəbər verir ki, bu barədə “The New York Times” qəzeti yazır.

Yazıda qeyd olunur ki, epidemiya məhdudiyyətləri vaxtından əvvəl ləğv edilərsə və normal həyata qayıdış sürətlə həyata keçirilərsə, ölkədə çox sayda COVID-19 təhlükəsi barədə o Konqresə xəbərdarlıq etmək niyyətindədir.
ABŞ-ın baş yoluxucu xəstəliklər mütəxəssisindən gələn mesaja toxunan nəşr, Konqres Senatının Səhiyyə, Təhsil, Əmək və Pensiyalar Komitəsi COVID-19 xəstəliyinin yayılmasının qarşısını almaq üçün tədbirlər haqqında dinləmələr keçirəcəyini qeyd edir.

"Lazımi addımlar atılmasa, məhdudiyyətlər sürətlə şəğv olunsa, ölkə daxilində çoxsaylı yayılma təhlükəsi ilə üzləşəcəyik. Bu, yalnız lazımsız əzablara və ölümlərə səbəb olmayacaq, bizi həm də geri çəkəcəkdir", deyə Faucinin sözlərini nəşr sitat gətirir.

Qeyd edək ki, “Worldmeters”in məlumatına görə, bu günə qədər 4,66 milyon COVID-19 halı qeydə alınıb ki, bunun da 1,38 milyondan çoxu ABŞ-ın payına düşür.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə