İranda pandemiya ilə əlaqədar elan edilən sərt karantin rejimində yumşaldılmalar həyata keçirilir. SİA xəbər verir ki, İranda gələn həftədən etibarən müsəlmanların ibadət etməsi üçün məscidlərin açılması ilə bağlı qərar qəbul edilib.
Belə ki, Qədr gecəsindən başlayaraq üç gün ərzində İranda məscidlər ibadət üçün açılacaq. Bununla belə, məscidlərə gedəcək olan şəxslərə müraciət edən Səhiyyə naziri Səid Nemeki bildirib ki, laqeydlik ölkəni istənilən vaxt daha pis vəziyyətə qaytara bilər.
Bununla bağlı narahatçılığını dilə gətirən İranın Səhiyyə naziri açıqlamasında bildirib ki, indiki dövrdə ən böyük səhv koronavirus pandemiyasının bitdiyini düşünmək olardı. Nazir bu məsələdə əhalini xəbərdar edib.
O, bu müddət ərzində gigiyena qaydalarına riayət etməyi, sosial məsafəni saxlamağı insanlardan tələb edib.
Qeyd edək ki, İranda pandemiya ilə əlaqədar mart ayından məscidlər və ibadət yerləri bağlı elan edilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB