ABŞ Prezidenti Donald Trampın qızı İvanka Trampın şəxsi köməkçisi koronavirusa yoluxub. SİA bunu ABŞ mediasına istinadən xəbər verir.
Məlumata görə, son bir neçə həftədə İvankanın köməkçisi onun yaxınlığında olmayıb. Bununla yanaşı, İvanka Tramp və həyat yoldaşı Cerad Kuşnerin koronavirus testi neqativ çıxıb.
Lakin koronavirusun Ağ Evin divarlarını aşa bildiyi haqda məlumatlar var. Belə ki, Trampın köməkçisi Mayk Pensin media üzrə nümayəndəsi Keita Millerin koronavirus testi pozitiv çıxıb.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB