Xəstəxanaya kamikadze hücumu olub - Əfqanıstanda

Xəstəxanaya kamikadze hücumu olub - Əfqanıstanda

Əfqanıstanın paytaxtı Kabildə fəaliyyət göstərən “Sərhəd Tanımayan Həkimlər” xəstəxanasına kamikadze hücumu olub. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Bomba partlayışından dərhal sonra silah səsləri gəlib.

Ardınca silahlı terrorçular xəstəxanaya daxil olub.

Yerli media binanın içində insidentin davam etdiyini, az sayda tibb işçisini təxliyə etməyin mümkün olduğunu yazıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə