İtaliyada yeni növ koronavirusdan ölənlərin sayı son 24 saatda 179 nəfər artaraq 30 min 739 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hazırda ölkədə aktiv COVİD-19 daşıyıcılarının sayı 82 min 488 nəfərdir. Ümümumilikdə ölkədə xəstəliyə yoluxanların sayı 219 min 814 nəfər olub. Onlardan 106 min 587 nəfər sağalaraq evə buraxılıb.
Qeyd edək ki, bugünədək İtaliyada 2 milyon 606 min 652 test edilib.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB