Türkiyənin şimalında yerləşən Zonquldağ şəhərində torpaq sürüşməsi baş verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, son 3 gün ərzində yağan yağışlar şəhərin dağlıq ərazisində torpaq və qaya parçalarının qoparaq yaşayış evlərinin və avtomobillərin üzərinə düşməsinə səbəb olub. İlkin məlumata görə, 1 nəfər yaralanıb, tikililər və avtomobillər zədələnib, elektrik dirəkləri isə yararsız vəziyyətə düşüb.
Yaşayış yerlərini itirmiş vətəndaşlar yaxınlıqdakı mehmanxanalarda yerləşdirilib. Hadisə ərazisində müvafiq işlər görülür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB