Tramp: "ABŞ-da yeni növ koronavirusla bağlı 9 milyondan artıq test aparılıb"

Tramp: "ABŞ-da yeni növ koronavirusla bağlı 9 milyondan artıq test aparılıb"

ABŞ-da yeni növ koronavirusla bağlı 9 milyondan artıq test aparılıb.

SİA "İntefaks"a istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

Onun sözlərinə görə, ABŞ-da gündə 300 min test edilir və bu rəqəmlər artmağa davam edəcək: "Bu həftə biz 10 milyondan artıq test edəcəyik".

Xatırladaq ki, Con Hopkins Universitetinin məlumatına əsasən, ABŞ-da koronavirusa yoluxanların sayı 1,34 milyonu ötüb. Koronavirusa yoluxanların 80 087 nəfəri ölüb, 216 169 nəfəri isə sağalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə